“Lids” Harri Uilsonun keçidini maraqlı şəkildə anons edib - FOTO

8 İyul 2026 23:36
95
“Lids” Harri Uilsonun keçidini maraqlı şəkildə anons edib

Uelsli hücumçu Harri Uilson "Lids Yunayted"ə keçib.

İdman.Biz bildirir ki, İngiltərə klubu oyunçunun transferini "Yeni həyat" filmindəki Tom Henksin personajı ilə eyni dizayna malik Uilson topunun şəkli ilə elan edib.

"Lids" 29 yaşlı Uilsonla dörd illik müqavilə imzalayıb. O, "Fulhem"lə müqaviləsinin müddəti bitdiyindən kluba pulsuz transferlə qoşulub.

Uilson 2005-ci ildən 2021-ci ilə qədər klubda oynamış "Liverpul"un gənclər sisteminin məhsuludur. O, əsas komandada iki dəfə meydana çıxıb, həmçinin "Liverpul"un 21 yaşadək futbolçularından ibarət komandasında 66 oyun keçirib, 34 qol vurub və 15 məhsuldar ötürmə edib. "Fulhem"də isə beş il ərzində 187 oyunda 36 qol vurub və 46 məhsuldar ötürmə edib.

O, Uels millisində debütünü 2013-cü ildə 16 yaşında edib və o vaxtdan bəri 69 oyunda 17 qol vurub və 12 məhsuldar ötürmə edib.

İdman.Biz