"Real Sosyedad" rəsmi saytında baş məşqçi Pelleqrino Matarasso ilə müqaviləni uzaddığını açıqlayıb.
İdman.Biz-in məlumatına görə, amerikalı məşqçinin klubla yeni müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Pelleqrino Matarasso 2025-ci ilin dekabr ayından bəri "ağ-qaralar"ı məşq etdirir. Onun tərcümeyi-halında həmçinin “Ştutqart” və “Hoffenhaym” da var. İtalyan əsilli amerikalı oyunçu karyerası ərzində “Nürnberq”, “Preussen Münster” və digərləri də daxil olmaqla bir sıra Almaniya klublarında oynayıb.
Ötən mövsüm "Real Sosyedad" La Liqada 10-cu yeri tutub və həmçinin Kral Kubokunu qazanıb.
