Samir Handanoviç “İnter”dən ayrıldığını açıqlayıb

7 İyul 2026 20:02
62
Samir Handanoviç “İnter”dən ayrıldığını açıqlayıb

"İnter" və Sloveniya milli komandasının keçmiş qapıçısı Samir Handanoviç sosial mediada Milan klubundan ayrıldığını elan edib.

İdman.Biz xəbər verir ki, o, "nerazzurri"nin gənclər komandasının məşqçisi kimi çalışırdı.

"Karyeramın hekayəsini heç vaxt rəqəmlərlə danışmağı xoşlamamışam. Amma 14 illik səyahət başa çatdıqca, geri baxıb bunun mənə necə kömək etdiyini düşünməmək mümkün deyil. "İnter" mənim üçün sadəcə bir komandadan daha vacib idi: bu, mənim evim və taleyimdə iz buraxan insanlar idi. Əhəmiyyətli bir fəsil başa çatır, amma xatirələri, dərsləri və minnətdarlığı əziz tutacağam", - Handanoviç paylaşımında yazıb.

Sloveniyalı qapıçı "nerazzurri"nin keçmiş kapitanıdır. O, 11 il (2012-ci ilin yayından) "İnter"də oynayıb və 15 milyon avroya "Udineze"dən transfer olub.

İdman.Biz