Mərakeş Kral Futbol Federasiyasının (FRMF) prezidenti Fauzi Lekjaa İspaniya millisinin yarımmüdafiəçisi Lamin Yamalın Afrika kökləri ilə bağlı fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, oyunçu ata tərəfdən Mərakeş əsillidir və o, "Atlas şirləri"ndə də oynaya bilərdi.
"Biz Laminin seçiminə hörmətlə yanaşırdıq və heç vaxt buna etiraz etmədik. Camel və ya ailəsinə qarşı münasibətimiz heç vaxt dəyişməyib. Bildiyim qədəri ilə, onlar tez-tez tətilə gəlirlər, xüsusən də tarixi vətənləri olan Mərakeşin şimal əyalətlərinə. Onları burada həmişə qarşılayacağıq.
O Lamin Cameldir. Şəxsən mən Yamal adlı ispan tanımıram", - deyə Lekjaa bildirib.
İspaniya və Mərakeş 2026-cı il dünya çempionatının dörddəbir finalına yüksəliblər. "Atlas şirləri" növbəti pley-off mərhələsində Fransa, "Qırmızı furiya" isə Belçika ilə qarşılaşacaq.
