Lukaku 10 milyon avro qarşılığında “Napoli”dən ayrıla bilər

6 İyul 2026 23:39
68
Lukaku 10 milyon avro qarşılığında “Napoli”dən ayrıla bilər

33 yaşlı belçikalı hücumçu Romelu Lukaku yay transfer pəncərəsində "Napoli"dən ayrıla bilər.

Jurnalist Nikolo Şiranın sosial media hesabında verdiyi məlumata görə, klub 10 milyon avroluq təklif alınacağı təqdirdə oyunçudan ayrılmağa hazırdır.

İdman.Biz bildirir ki, iki Türkiyə klubu - "Fənərbağça" və "Beşiktaş" oyunçu ilə maraqlanır.

Mənbənin məlumatına görə, Lukaku İtaliya klubunda mövsümdə 8 milyon avro qazanır. Hücumçunun hazırkı müqaviləsi 2027-ci ilin iyun ayında bitir. Ötən mövsüm Lukaku bütün yarışlarda cəmi yeddi oyun keçirib və bir qol vurub. O, zədə səbəbindən mövsümün böyük hissəsini buraxıb.

Lukaku hazırda Belçika millisi ilə DÇ-2026-da mübarizə aparır. 7 iyulda belçikalılar 1/8 finalda ABŞ ilə qarşılaşacaqlar.

İdman.Biz