"Bornmut"un 20 yaşlı fransız hücumçusu Eli Krupi karyerasını "Liverpul"da davam etdirmək istədiyini bildirib.
İdman.Biz bildirir ki, hücumçu bu yay "Bornmut"dan ayrılaraq "Liverpul"a rəhbərlik edən keçmiş menecer Andoni İraola ilə yenidən birləşmək istəyir. Bu barədə sosial mediada indykaila News məlumat yayıb.
Daha əvvəl hücumçuya maraq göstərən "Arsenal", "Mançester Siti" və "Bayern Münhen" klubları oyunçunu yaxından izləyirdilər.
Ötən mövsüm Eli Krupi "Bornmut"da 35 oyun keçirib və 13 qol vurub. Transfermarkt-a görə, onun bazar dəyəri 70 milyon avrodur. Onun klubla müqaviləsi 2030-cu ilin yayına qədərdir.
