Meksikanın baş məşqçisi Entoni Qordonu təhqir edib - FOTO

6 İyul 2026 19:56
75
Meksikanın baş məşqçisi Entoni Qordonu təhqir edib

Meksika millisinin baş məşqçisi Xavyer Agirre dünya çempionatının 1/8 final mərhələsi matçında İngiltərə millisinin cinah oyunçusu Entoni Qordonu təhqir edib.

İdman.Biz bildirir ki, İngiltərə matçı 3:2 hesabı ilə qazanıb.

Agirre Qordona “rədd ol!” mənasına gələn söyüşlə müraciət edib.

Hadisə oyunun 26-cı dəqiqəsində, su fasiləsindən sonra baş verib.

Agirre ehtiyat oyunçular skamyasına ən yaxın cinahda yerləşən Qordona səslənib və sonra gülüb. Qordon da meksikalı məşqçinin hərəkətlərinə təbəssümlə cavab verib.

2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir. Hazırkı dünya çempionu Argentinadır.

İdman.Biz