Türkiyə israilli futbolçunu deportasiya edib

Xəbərlər
15 Yanvar 2024 20:03
217
Türkiyə israilli futbolçunu deportasiya edib

İsrailli futbolçu Saqiv Jehezkel Türkiyədən deportasiya olunub.

İdman.biz xəbər verir ki, buna səbəb “Antalyaspor”da çıxış edən oyunçunun qol vurduqdan sonra İsrail – Fələstin münaqişəsində həmvətənlərinə dəstək verməsidir.

“Trabzonspor”la (1:1) qarşılaşmada fərqlənən Jehezkel biləyində İsrailə dəstək verən yazını kameralara vasitəsilə nümayiş etdirib. Yazıda İsrailin Qəzzaya hücum əməliyyatının 100-cü günü və başlama tarixi (7 oktyabr 2023-cü il), həmçinin Davud ulduzu qeyd olunub. Bu hərəkətindən sonra 28 yaşlı futbolçu polis tərəfindən gözaltına alınıb. Dindirildikdən sonra haqqında deportasiya qərarı çıxarılan israilli legioner xüsusi təyyarə ilə İstailə yola salınıb.

Qeyd edək ki, Jehezkel yayda “Antalyaspor”la müqavilə imzalayıb. O, 13 oyunda 6 qol vurub.

İdman.biz