Sentyabrın 24-də UEFA Millətlər Liqasının birinci turunda Norveç Danimarkanı 3:2 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, görüşün əsas qəhrəmanı dubl edən Norveç millisinin hücumçusu Erlinq Holand olub.
Danimarkanın qapısına iki qol vuran Holann milli komandadakı qollarının sayını 64-ə çatdırıb.
Bu nəticə ilə 26 yaşlı hücumçu milli komandalar səviyyəsində hərəyə 62 qol vuran isveçli Zlatan İbrahimoviç və braziliyalı Ronaldo Nazarionu geridə qoyub.
