“Liverpul” Alissonla müqaviləni uzatmağa tələsmir

25 Sentyabr 2026 09:12
82
“Liverpul” Alissonla müqaviləni uzatmağa tələsmir

“Liverpul”un qapıçısı Alisson Bekker mövsümün sonunda müqaviləsi başa çatdıqdan sonra komandanı tərk edə bilər.

İdman.Biz TEAMtalk-a istinadən xəbər verir ki, braziliyalı qapıçının müqaviləsinin uzadılması ilə bağlı danışıqlar ilin sonundan tez başlamayacaq.

Məlumata görə, “Liverpul” rəhbərliyi Alissonun gələcəyi ilə bağlı təmkinli mövqe tutur. Buna səbəb futbolçunun yaşı, dizaltı vətərində keçirdiyi son zədə və qapıçı mövqeyində daha gənc alternativlərin olmasıdır.

Alisson 2018-ci ilin yayından “Liverpul”da çıxış edir. Cari mövsümdə 33 yaşlı qapıçı bütün turnirlərdə altı matçda iştirak edib və üç görüşdə qapısını toxunulmaz saxlayıb.

“Transfermarkt”a görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur (30 milyon manat).

İdman.Biz