Klopp Almaniya millisi ilə debüt oyununu şərh etdi

25 Sentyabr 2026 08:24
64
Klopp Almaniya millisi ilə debüt oyununu şərh etdi

Almaniya millisinin baş məşqçisi Yurgen Klopp komandanın sükanı arxasında keçirdiyi ilk qarşılaşmadan təəssüratlarını bölüşüb.

İdman.Biz xəbər verir ki, UEFA Millətlər Liqasının qrup mərhələsinin 1-ci turunda Almaniya Niderlandla 1:1 hesablı heç-heçə edib.

“Əsasən özümü yaxşı hiss edirdim, lakin karyeram ərzində 1000-dən çox matç keçirmişəm. Buna görə də bu, yeni bir şey deyildi. Oxşar vəziyyətdə olan iki çox yaxşı komanda idi. Yaxşı başladıq, sonra isə real problemlərimiz yarandı. Sistem hələ qurulmadıqda və proseslər qaydaya düşmədikdə belə şeylər olur. Ehtirasdan və intensivlikdən çox məmnun qaldım, lakin biz birmənalı olaraq daha yaxşı oynaya bilərik”, – deyə Klopp bildirib.

Klopp həmçinin Camal Musiala və Kay Havertzin zədələri barədə danışıb. Musiala görüşün başlanmasına az qalmış zədələnib, Havertz isə 30-cu dəqiqədə meydanı tərk edib.

“Hər ikisinə MRT olunacaq və bundan sonra diaqnozları biləcəyik. Ehtimal ki, onlar sıradan çıxıblar, lakin ümid edirəm ki, tezliklə klublarına qayıdacaqlar”, – almaniyalı mütəxəssis deyib.

Növbəti turda Almaniya sentyabrın 27-də Yunanıstanla qarşılaşacaq.

İdman.Biz