“Bavariya” Kloppun Almaniya millisinin baş məşqçisi təyinatını dəstəkləyir

5 İyul 2026 06:15
92
“Bavariya” Kloppun Almaniya millisinin baş məşqçisi təyinatını dəstəkləyir

“Bavariya” rəhbərliyi Yurgen Kloppun Almaniya milli komandasının məşqçisi təyinatını tam dəstəkləyib.

İdman.Biz-in “Bild”ə istinadən məlumatına görə, klub hesab edir ki, hazırda Almaniya futbolunun Kloppa ehtiyacı var.

Mənbənin məlumatına görə, məşqçi ilə “Bavariya” arasında əvvəlki gərginliklərə baxmayaraq, son illərdə münasibətlər xeyli yaxşılaşıb. Klub rəhbərliyi Kloppun bu vəzifə üçün uyğun namizəd olduğuna əmindir.

Almaniya milli komandası 2026-cı il dünya çempionatındakı iştirakını 1/16 final mərhələsində Paraqvaya (1:1, penaltilərlə 3:4) məğlub olaraq başa vurub. Qrup mərhələsində komanda Kürasao (7:1) və Ko-d’İvuarı (2:1) üzərində qələbə qazanıb, lakin Ekvadora 2:1 hesabı ilə məğlub olub.

Yulian Nagelsmann komandanın dünya çempionatından kənarlaşdırılmasından sonra baş məşqçi vəzifəsindən ayrılıb.

İdman.Biz