DÇ-2026-nın ən yaxşı 50 oyunçusunun adı açıqlanıb

5 İyul 2026 04:42
105
DÇ-2026-nın ən yaxşı 50 oyunçusunun adı açıqlanıb

“The Athletic” DÇ-2026-da mübarizə aparan ən yaxşı futbolçuların reytinqini dərc edib. Siyahıya 50 oyunçu daxildir.

İdman.Biz bildirir ki, argentinalı Lionel Messi turnirin hər oyununda yeddi qol vuraraq reytinqə başçılıq edir.

“The Athletic”ə görə, dünya çempionatının 1/16 final mərhələsindən sonra ən yaxşı 10 oyunçusu aşağıdakılardır:

1. Lionel Messi (Argentina).
2. Kilian Mbappe (Fransa).
3. Maykl Olise (Fransa).
4. Harri Keyn (İngiltərə).
5. Əşrəf Hakimi (Mərakeş).
6. Vinisius Junior (Braziliya).
7. Erlinq Holand (Norveç).
8. Usman Dembele (Fransa).
9. Ismael Saybari (Mərakeş).
10. Bruno Gimaraeş (Braziliya).

Reytinqdə Mikel Oyarsabal (İspaniya) 11-ci, Cud Bellingem (İngiltərə) 15-ci və Lamin Yamal (İspaniya) 16-cı yerdədir. Kabo-Verdenin qapıçısı Vozinya 49-cu yerdə qərarlaşıb.

DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir. Hazırkı dünya çempionları Argentinadır.

İdman.Biz