Mərakeş mundialın pley-offunda 3 qol vuran ilk Afrika millisidir

5 İyul 2026 01:46
82
Mərakeş mundialın pley-offunda 3 qol vuran ilk Afrika millisidir

Mərakeş dünya çempionatı pley-off matçında üç qol vuran ilk Afrika komandası olub.

İdman.Biz bu barədə "OptaJoe”yə istinadən bildirir.

Mərakeş və Kanada arasında keçirilən DÇ-2026-nın 1/8 final oyunu mərakeşlilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyun ABŞ-ın Hyuston şəhərindəki NRG stadionunda baş tutub.

DÇ-2026-nın dörddəbir finalında Mərakeş Paraqvay-Fransa matçının qalibi ilə qarşılaşacaq.

2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Argentina hazırkı çempiondur.

İdman.Biz