Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində Fransa – Paraqvay oyunu başa çatıb.
İdman.Biz xəbər verir ki, oyun 1:0 hesabı ilə Fransa millisinin xeyrinə başa çatıb. Beləliklə, Fransa 1/4 final mərhələsinə yüksəlib. 1/4 finalda Fransa Mərakeşlə qarşılaşacaq.
Bu komandalar 2022-ci il dünya çempionatında yarımfinalda qarşılaşıblar və Fransa həmin matçda 2:0 hesabı ilə qalib gəlib.
02:34
Fransa - Paraqvay matçında hesab açılıb.
İdman.Biz bildirir ki, 70-ci dəqiqədə Kilian Mbappe penaltidən hesabı açıb. Bu Mbappenin bu çempionatda 7-ci, ümumilikdə mundiallarda isə 19-cu qoludur.
02:09
Fransa - Paraqvay matçında ikinci hissə başlayıb.
İdman.Biz bildirir ki, ilk yarıdan sonra hesab 0:0-dır.
01:52
Fransa - Paraqvay matçında birinci hissə bitib.
İdman.Biz bildirir ki, ilk yarıdan sonra hesab 0:0-dır.
01:00
Futbol üzrə dünya çempionatında ikinci 1/8 final oyunu keçirilir.
İdman.Biz bildirir ki, bu mərhələdə ilk qarşılaşmada Fransa və Paraqvay üz-üzə gəlirlər.
Oyun ABŞ-ın Filadelfiya şəhərindəki “Lincoln Financial Field” stadionunda keçirilir. Baş hakim özbəkistanlı İlgiz Tantaşevdir.
1/16 final mərhələsində Fransa İsveçi 3:0 hesabı ilə məğlubiyyətə uğradıb. Paraqvay isə Almaniyaya penaltilərlə 4:3 qalib gəlib. Həmin oyunun əsas və əlavə vaxtı 1:1 qurtarıb.
Bu komandalar artıq 1 dəfə 1/8 final mərhələsində oynayıblar. 1998-ci ildə keçirilmiş dünya çempionatında Fransa əlavə vaxtın 114-cü dəqiqəsində Loran Blanın qolu ilə Paraqvayı məğlub edib.
