Paraqvayın baş məşqçisi Qustavo Alfaro 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Fransa ilə oyundan əvvəl komandadakı atmosfer barədə danışıb.
İdman.Biz xəbər verir ki, oyun iyulun 5-də “Linkoln Financial Field” stadionunda (Filadelfiya, Pensilvaniya, ABŞ) keçiriləcək.
“Əhval-ruhiyyəmiz yaxşıdır. Oyunçularımız ilk dünya çempionatlarnda oynayırlar. Tez öyrənməli idik və sabahkı kimi bir matçda - dünyanın ən yaxşı komandalarından birinə qarşı - oynamaq bir şərəfdir. Turnirdə bu yerə qədər çatmağımız artıq bir qələbədir. İndi təzyiqdən azadıq. Tarix yazmağa davam etmək istəyirik”, - FİFA-nın rəsmi saytında Alfarodan sitat gətirilir.
