DÇ-2026: Mərakeş Kanadanı darmadağınla keçərək 1/4 finala yüksəlir - YENİLƏNİB + VİDEO

4 İyul 2026 23:04
870
DÇ-2026: Mərakeş Kanadanı darmadağınla keçərək 1/4 finala yüksəlir

Kanada - Mərakeş matçı başa çatıb.

İdman.Biz bildirir ki, Afrika təmsilçisi 3:0 hesabı ilə qalib gəlib. Beləliklə, Mərakeş 1/4 finala yüksələn ilk komanda olub. Orada afrikalılar Fransa - Paraqvay matçının qalibi ilə rastlaşacaqlar.

23:02

Kanada - Mərakeş matçında hesab yenə dəyişib.

İdman.Biz bildirir ki, 90+8-də Sufyan Rəhimi hesabı 3:0-a çatdırıb.

22:47

Kanada - Mərakeş matçında hesab dəyişib.

İdman.Biz bildirir ki, 82-ci dəqiqədə Azzedin Unai oyunda ikinci qolunu vurub.

22:15

Kanada - Mərakeş matçında hesab açılıb.

İdman.Biz bildirir ki, 50-ci dəqiqədə Azzedin Unai Mərakeşi irəli çıxarıb.

22:09

Kanada - Mərakeş matçında ikinci yarı başlayıb.

İdman.Biz bildirir ki, birinci hissədən sonra hesab açılmayıb.

21:52

Kanada - Mərakeş matçında ilk yarı bitib.

İdman.Biz bildirir ki, birinci hissədən sonra hesab açılmayıb.

21:00

Futbol üzrə dünya çempionatında 1/8 final oyunlarına start verilir.

İdman.Biz bildirir ki, bu mərhələdə ilk qarşılaşmada Kanada və Mərakeş üz-üzə gəlirlər.

Oyun ABŞ-ın Hyuston şəhərindəki NRG stadionunda keçirilir. Baş hakim ingiltərəli Maykl Oliverdir.

1/16 final mərhələsində Kanada CAR-ı 1:0 hesabı ilə məğlubiyyətə uğradıb. Mərakeşlə Niderland isə oyunun əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə bitdiyindən qalibi penaltilər seriyasında müəyyənləşdiriblər. Penaltilərdə afrikalılar üstün olublar – 3:2.

İdman.Biz