Meksika karteli Ekvador millisinin oyunçularını hədələyib

4 İyul 2026 21:15
80
Meksika karteli Ekvador millisinin oyunçularını hədələyib

Meksika karteli Ekvador futbolçularını dünya çempionatının 1/16 final mərhələsində Meksikaya məğlub olmağa məcbur edib.

İdman.Biz-in məlumatına görə, bu barədə jurnalist Eduardo Feynman iddia edib.

“Onlar Ekvador milli komandasının beş oyunçusu ilə əlaqə saxlayıb, onlara ailə üzvlərinin bütün məlumatlarını veriblər və Meksikanın qalib gəlməməsi halında onları hədələyiblər. Narkotik tacirləri Meksikanın nəyin bahasına olursa olsun dünya çempionu olmasını istəyirlər”, - Feynman deyib.

Komandalar arasında 1/16 final matçı Ekvadorun 2:0 hesabı ilə məğlubiyyəti ilə başa çatıb. Xulian Kinyones 22-ci dəqiqədə hesabı açıb. Raul Ximenes 33-cü dəqiqədə Meksikanın üstünlüyünü ikiqat artırıb. Ekvadorlu Pyero İnkapye 90-cı dəqiqədə rəqibi ilə danışarkən ağzını əlləri ilə tutduğuna görə meydandan qovulub.

İdman.Biz