Messi “Sofascore”un reytinqinə başçılıq edir

4 İyul 2026 17:39
74
Messi “Sofascore”un reytinqinə başçılıq edir

Futbol üzrə dünya çempionatında keçirdiyi oyunlara görə ən yüksək orta qiymətə malik futbolçuların siyahısı açıqlanıb.

İdman.Biz xəbər verir ki, “Sofascore” statistik portalının tərtib etdiyi reytinqə Argentina millisinin kapitanı Lionel Messi başçılıq edir. O, mümkün 10 baldan orta hesabla 9,18 xal toplayıb.

İkinci və üçüncü yerlərdə Fransa millisinin futbolçuları Kilian Mbappe (8,63) və Usman Dembele (8,28) qərarlaşıblar. Messi və Mbappe eyni zamanda mundialın bombardirlər siyahısına da başçılıq edirlər. Argentinalının hesabında 7, fransızın isə 6 qol var.

İlk “10-luq”a həmçinin Vinisius Junior (8,20 xal - Braziliya), Erlinq Holand (7,97 - Norveç), Leandro Trossar (7,93 - Belçika ), Orlando Xil (7,93 - Paraqvay), Emerik Lyaport (7,90 - İspaniya), Vozinya (7,88 - Kabo-Verde) və Elayka Kast (7,83 – Yeni Zenlandiya) da yer alıblar.

İdman.Biz
Məqalədə: