Lisandro Martines: “Futbolu bitirməyi düşünürdüm” - FOTO

4 İyul 2026 16:23
72
Lisandro Martines: “Futbolu bitirməyi düşünürdüm” - FOTO

“Mançester Yunayted”in və Argentina millisinin müdafiəçisi Lisandro Martines futbolu tərk etməyi düşündüyünü etiraf edib.

İdman.Biz xəbər verir ki, argentinalı futbolçu bunu insayder Fabritsio Romanoya açıqlamasında deyib.

“Keçən il çarpaz bağlarımı qopardıqdan sonra futbolu bitirməyi düşünürdüm. Artıq əziyyət çəkmək istəmirdim. Ümidsiz vəziyyətdə idim. Amma sonra qızım dünyaya gəldi və hər şey dəyişdi. Həyat yoldaşımın doğuş zamanı nələr yaşadığını, bunun ona necə böyük əziyyət bahasına başa gəldiyini gördüm. Onda öz-özümə dedim: “Bundan sonra mən necə təslim ola bilərəm?” – deyə Martines bildirib.

Qeyd edək ki, Argentina millisi dünya çempionatının 1/16 finalında Kabo-Verde üzərində 3:2 hesablı qələbə qazanaraq 1/8 finala yüksəlib. Martines həmin görüşdə 120 dəqiqə meydanda olub, bir qol vurub və Lionel Messinin qoluna məhsuldar ötürmə verib.

İdman.Biz