Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində keçirilən Argentina - Kabo-Verde oyununda tribunada xoşagəlməz hadisə yaşanıb.
İdman.Biz xəbər verir ki, ABŞ-nin Mayami şəhərindəki "Hard Rok" stadionunda baş tutan qarşılaşma zamanı hər iki komandanın azarkeşləri arasında qaşılıqlı söz atışması olub, təhlükəsilik əməkdaşları kütləvi davanın qarşısını alıb.
Qeyd edək ki, görüş Argentina millisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. 1/8 finalda argentinalılar Misir yığması ilə qarşılaşacaqlar. Oyun iyulun 7-də keçiriləcək.
