Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Argentina ilə Kabo-Verde arasında keçirilən və cənubi amerikalıların 3:2 hesablı qələbəsi ilə başa çatan oyundan sonra duyğusal anlar yaşanıb.
İdman.Biz xəbər verir ki, Kabo-Verde millisinin futbolçusu Nunu da Koşta məğlubiyyətə görə göz yaşlarını saxlaya bilməyib.
Bu zaman onun həyat yoldaşı və azyaşlı oğlu meydana gələrək futbolçunu qucaqlayıb və təsəlli veriblər.
Sosial şəbəkələrdə böyük maraq doğuran görüntülər azarkeşlər tərəfindən turnirin ən təsirli anlarından biri kimi qiymətləndirilib.
