Messi çempionları sensasiyadan xilas etdi - VİDEO

4 İyul 2026 07:59
108
Messi çempionları sensasiyadan xilas etdi

Argentina millisi futbol üzrə dünya çempionatı-2026-nın 1/8 finalına vəsiqə qazanıb. Komanda 1/16 final mərhələsində Kabo-Verde yığmasını əlavə vaxtdan sonra 3:2 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, Mayamidə keçirilən qarşılaşma turnirin ən dramatik oyunlarından biri olub.

Matçın 29-cu dəqiqəsində Lionel Messi hesabı açaraq dünya çempionatları tarixində ardıcıl səkkiz oyunda qol vuran ilk futbolçu kimi tarixə düşüb.

Lakin mundialın debütantı təslim olmayıb. Qarşılaşmanın 59-cu dəqiqəsində Deroy Duarte hesabı bərabərləşdirib və əsas vaxt 1:1 hesabı ilə başa çatıb.

Əlavə vaxtın 93-cü dəqiqəsində Lisandro Martines Argentinanı yenidən hesabda önə çıxarıb. Ancaq 103-cü dəqiqədə Sidny Lopes Kabral uzaq məsafədən vurduğu möhtəşəm qolla hesabı yenidən bərabərləşdirib.

Hər kəs penalti zərbələrini gözlədiyi anda, 111-ci dəqiqədə Messinin künc zərbəsindən ötürməsindən sonra Kristian Romeronun başla vurduğu top müdafiəçi Diniyə dəyərək qapıya daxil olub. Avtoqol Argentinaya 3:2 hesablı qələbə qazandırıb.

İlk dəfə dünya çempionatında iştirak edən Kabo-Verde yığması turnirlə vidalaşsa da, nümayiş etdirdiyi oyunla böyük rəğbət qazanıb. Argentina isə 1/8 finalda Misirlə üz-üzə gələcək.

İdman.Biz