Fransa-Paraqvay matçı çox isti havada oynanıla bilər

4 İyul 2026 19:17
73
Fransa-Paraqvay matçı çox isti havada oynanıla bilər

DÇ-2026-nın 1/8 final mərhələsinin Fransa və Paraqvay arasında 5 iyul bazar günü Filadelfiyada keçirilməsi planlaşdırılan oyunu həddindən artıq istidə keçirilə bilər.

İdman.Biz-in “L'Équipe” qəzetinə istinadən məlumatına görə, kölgədə temperaturun 36 dərəcə Selsiyə çatacağı və rütubətlə birlikdə temperaturun xeyli yüksək olacağı proqnozlaşdırılır.

Nəşrin məlumatına görə, iqlim nəzarəti olmayan açıq hava stadionu olan “Lincoln Financial Field”də yalnız oyunçuların deyil, həm də tamaşaçıların təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar var. FİFA əlavə su fasilələri də daxil olmaqla, soyutma protokollarını tətbiq etməyi planlaşdırır. Oyunçular həmkarlar ittifaqı, FIFPRO və elm adamları artıq bu tədbirləri qeyri-kafi adlandıraraq, temperatur 28°C-dən (82°F) yuxarı qalxarsa, oyunların təxirə salınmasında israr ediblər.

Mövcud FİFA qaydalarına görə, rütubət temperaturu 32°C-yə (90°F) çatarsa, oyun təxirə salına bilər. Lakin hazırda onun təxirə salınması ilə bağlı rəsmi qərar yoxdur.

İdman.Biz