Paraqvay – Fransa matçı öncəsi stadionda 50°C istilik qeydə alınıb

5 İyul 2026 00:45
94
Paraqvay – Fransa matçı öncəsi stadionda 50°C istilik qeydə alınıb

RMC Sport-un məlumatına görə, 2026-cı il futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində Paraqvay və Fransa milli komandaları arasında keçiriləcək oyun öncəsi meydanın kənarında, günəş altında havanın temperaturu 50°C-yə yüksəlib.

İdman.Biz-in məlumatına görə, qarşılaşma ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində yerləşən “Lincoln Financial Field” stadionunda baş tutacaq.

Oyunu özbəkistanlı hakim İlgiz Tantaşev idarə edəcək. Matçın start fiti Bakı vaxtı ilə 01:00-da səslənəcək.
Ağır istilik şəraitinə qarşı tədbir kimi hər iki komandanın ehtiyat oyunçular skamyasının yanında kondisionerlər quraşdırılıb.

1/16 final mərhələsində Paraqvay Almaniyanı penaltilər seriyasında (1:1, 4:3), Fransa isə İsveçi 3:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, turnirin hazırkı dünya çempionu Argentinadır. 2022-ci il dünya çempionatının finalında Argentina və Fransa üz-üzə gəlmiş, əsas vaxt 3:3 hesabı ilə başa çatmış, penaltilərdə isə Argentina 4:2 hesabı ilə qalib gəlmişdi.

İdman.Biz