Mərakeş millisinin baş məşqçisi Məhəmməd Uabi 2026-cı il futbol üzrə dünya çempionatının 1/8 finalında Kanada üzərində 3:0 hesablı qələbəni şərh edib.
İdman.Biz-in məlumatına görə, qarşılaşma ABŞ-ın Hyuston şəhərində yerləşən NRG Stadiumda baş tutub.
Mütəxəssis FIFA-nın rəsmi saytına açıqlamasında komandasının ikinci hissədəki oyununu xüsusilə yüksək qiymətləndirib:
“Çox sevinirik. Bu, Dünya çempionatı oyunudur — belə matçlar həmişə çətin olur, komandalar sözün əsl mənasında öz taleləri üçün mübarizə aparırlar. İkinci hissədə top uğrunda mübarizələrə çox yaxşı reaksiya verdik və duellərdə inamlı oynadıq. Etiraf etməliyəm ki, Kanada millisi də çox yaxşı təsir bağışladı və əla oyun keçirdi. Bu, bizim üçün sürpriz olmadı, amma ikinci hissədə rəqibin bizə buraxdığı boşluqlardan istifadə edə bildik — uğurun açarı da bu oldu”, – deyə Uabi bildirib.
Qeyd edək ki, Mərakeş millisi bu qələbə ilə dünya çempionatının 1/4 finalına yüksəlib və Paraqvay – Fransa cütünün qalibi ilə qarşılaşacaq.
2026-cı il dünya çempionatı 11 iyun–19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir. Turnirin hazırkı dünya çempionu Argentina millisidir.
