Mərakeş dörddəbir finala yüksəlib və dünya çempionatının ilk səkkizliyinə iki dəfə və ardıcıl olaraq - 2022 və 2026-cı illərdə daxil olan ilk və yeganə Afrika komandası olub.
İdman.Biz-in məlumatına görə, bu barədə MisterChip X sosial şəbəkəsindəki şəxsi səhifəsində bildirib.
1/8 finalda Mərakeş Kanadanı məğlub edib (3:0).
Bu günə qədər heç bir Afrika komandası dörddəbir finala bir dəfədən çox yüksələ bilməyib:
Kamerun – 1990;
Seneqal – 2002;
Qana – 2010;
Mərakeş – 2022 və 2026.
DÇ-2026-nın dörddəbir finalında Mərakeş Fransa ilə qarşılaşacaq.
2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir.
