Türkiyənin “Beşiktaş” klubu 31 yaşlı cinah oyunçusu Leandro Trossardı almaq üçün İngiltərə “Arsenal”ı ilə 20 milyon avroluq müqaviləni razılaşdırıb.
İdman.Biz bu barədə “The Athletic” qəzetinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, müqaviləyə 18 milyon avroluq transfer haqqı, 2 milyon avroluq bonus və əlavələr daxildir. Onun şəxsi müqaviləsinin şərtləri hələ də dəqiqləşdirilir.
Trossardın “Arsenal”la hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 18 milyon avrodur. Ötən mövsüm Trossard Mikel Artetanın komandasında 50 oyun keçirib, səkkiz qol vurub və 11 məhsuldar ötürmə edib.
O, hazırda Belçika milli komandasında 2026-cı il dünya çempionatında iştirak edir.
