“Vest Hem Yunayted”in hücumçusu Krisensio Sammervil üç İngiltərə Premyer Liqa klubunun diqqətini cəlb edib.
İdman.Biz bu barədə “The Guardian” istinadən məlumat verir.
“Çelsi” və “Mançester Yunayted” bir müddətdir ki, oyunçunu izləyir və indi “Fulhem” də onlara qoşulub. Klub Çempionşipə düşdüyü üçün, oyunçunun bu yay “Vest Hem”dən ayrılacağı gözlənilir.
Sammervil ötən mövsüm bütün yarışlarda 34 oyunda meydana çıxıb, yeddi qol vurub və beş məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 35 milyon avrodur.
