“Tottenhem” Mateuş Fernandeşi heyətinə qatıb

2 İyul 2026 14:10
70
“Tottenhem” Mateuş Fernandeşi heyətinə qatıb

“Tottenhem” futbol klubu İngiltərə Premyer Liqasının digər təmsilçisi “Vest Hem”dən Portuqaliya millisinin yarımmüdafiəçisi Mateuş Fernandeşi heyətinə qatıb.

İdman.Biz London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı futbolçu ilə müqavilə imzalanıb.

“Sportinq” klubunun akademiyasının yetirməsi 2025-ci ilin avqustunda “Vest Hem”ə transfer olunub. O, ötən mövsüm bu komandanın heyətində Premyer Liqada 36 oyuna çıxaraq 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Portuqaliyanın U-18, U-19, U-20 və U-21 yığmalarında oynamış M.Fernandeş apreldə ABŞ-yə qarşı keçirilən yoldaşlıq görüşündə Portuqaliya millisində debüt edib.

İdman.Biz