“RB Leypsiq” yapon hücumameylli yarımmüdafiəçisi Ota Yamamoto ilə müqavilə imzalayıb.
İdman.Biz bildirir ki, 22 yaşlı futbolçu Almaniya klubuna Yaponiyanın “Kaşiva Reysol” klubundan keçib. Bundesliqa klubunun mətbuat xidməti bu transferi rəsmi olaraq açıqlayıb.
Yamamoto “RB Leypsiq” ilə 2031-ci ilə qədər müqavilə imzalayıb. Bu ilin fevral-iyun aylarında yaponiyalı oyunçu “RB Omiya Ardiya”da icarə əsasında oynayıb və 19 oyunda 10 qol vurub və üç məhsuldar ötürmə edib. O, həmçinin 2026/2027 mövsümünü “RB Leypsiq”dən icarə əsasında orada keçirəcək.
“Otaya davamlı inkişafında və qarşıdakı mövsümdə uğurlar arzulayırıq”, - “RB Leypsiq”in mətbuat xidməti komandanın rəsmi saytında dərc olunan açıqlamada bildirib.
