“Zirə” yoxlama oyununda “Iğdır”a məğlub olub - YENİLƏNİB

30 İyun 2026 20:40
743
“Zirə” yoxlama oyununda “Iğdır”a məğlub olub

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən “Zirə” futbol klubu növbəti yoxlama oyununa çıxıb.

İdman.Biz bildirir ki, komanda Türkiyə Birinci Liqa təmsilçisi “Iğdır”la üz-üzə gəlib.

Matç 4:3 hesabı ilə Türkiyə klubunun xeyrinə başa çatıb.

“Zirə”nin qollarını Yeqor Boqomolski (2) və Elçin Əlicanov vurublar.

09:39

Bu gün Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən “Zirə” futbol klubu növbəti yoxlama oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, Rəşad Sadıqovun komandası Türkiyə Birinci Liqa təmsilçisi “Iğdır”la üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, “qartallar” buna qədər Özbəkistanın “Navbahor” klubu ilə keçirdiyi yoxlama oyununda 3:4 hesabı ilə məğlub olub. “Zirə” iyulun 2-dək Türkiyədə təlim-məşq toplanışını davam etdirəcək.

İdman.Biz