Yan Zommer “İnter”dən ayrıldı: Təcrübəli qapıçı azad agent oldu

30 İyun 2026 18:10
95
Yan Zommer “İnter”dən ayrıldı: Təcrübəli qapıçı azad agent oldu

Futbol üzrə İsveçrə millisinin sabiq qapıçısı Yan Zommer İtaliyanın “İnter” klubundan ayrılıb.

İdman.Biz xəbər verir ki, 37 yaşlı qolkiper Milan təmsilçisini azad agent statusunda tərk edib. Onun klubla müqaviləsinin müddəti başa çatıb və tərəflər əməkdaşlığı davam etdirməyib.

Zommer “İnter”ə 2023-cü ilin yayında “Bavariya”dan keçib. Təcrübəli qapıçı Milan klubunun heyətində dörd titul qazanıb.

Ötən mövsüm o, bütün turnirlərdə 43 matçda meydana çıxıb, 42 qol buraxıb və 19 görüşdə qapısını toxunulmaz saxlayıb.

İdman.Biz
Məqalədə: