​Noyer mundiallar tarixinin ən çox oyun keçirən beş futbolçusu siyahısındadır

30 İyun 2026 01:57
72
​Noyer mundiallar tarixinin ən çox oyun keçirən beş futbolçusu siyahısındadır

Almaniya millisinin qapıçısı Manuel Noyer dünya çempionatları tarixində ən çox oyun keçirən beş oyunçu arasında yer alıb.

İdman.Biz xəbər verir ki, bu, Almaniya və Paraqvay arasında keçirilən 2026-cı il dünya çempionatının 1/16 final matçında baş verib. Oyun ABŞ-ın Foksboro şəhərindəki “Gillette” stadionunda keçirilir.

Noyer matça start heyətində başlayıb. Bu, onun dünya çempionatlarında 23-cü oyunudur və o, bu göstəriciyə görə İtaliya millisinin keçmiş müdafiəçisi Paolo Maldiniyə çatıb.

Argentinalı Lionel Messi (29), portuqaliyalı Kriştianu Ronaldu (25), eləcə də almanlar Lotar Matteus (25) və Miroslav Kloze (24) turnir tarixində daha çox oyun keçiriblər.

İdman.Biz