Ançelotti Neymarın Yaponiya ilə oyunda iştirak etməməsinin səbəbini açıqlayıb

30 İyun 2026 01:14
106
Ançelotti Neymarın Yaponiya ilə oyunda iştirak etməməsinin səbəbini açıqlayıb

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti hücumçu Neymarın 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Yaponiyaya 2:1 hesabı ilə məğlub olduqları oyunda iştirak etməməsinin səbəbini açıqlayıb.

İdman.Biz xəbər verir ki, oyun ABŞ-ın Hyuston şəhərindəki "NRG" stadionunda baş tutub.

“Əlavə vaxtda Neymarın təqdimatını hazırlayırdım. Onunla danışdım və hesabı bərabərləşdirməsək, 60-cı dəqiqədə meydana çıxacağını dedim. Biz hesabı bərabərləşdirdik və mən heyəti dəyişdirmək istəmədim... Komanda oyuna nəzarət edirdi”, - deyə AS Ançelottinin sözlərini sitat gətirir.

1/8 finalda Braziliya Kot-d'İvuar - Norveç matçının qalibi ilə qarşılaşacaq.

İdman.Biz