İngiltərə millisinin keçmiş yarımmüdafiəçisi və MLS klubu “İnter Mayami”nin həmsahibi Devid Bekhem 2026-cı il dünya çempionatı zamanı reklamdan, o cümlədən oyunlar zamanı fasilələrdən xeyli qazanc əldə edəcək.
İdman.Biz bu barədə “Daily Mail” qəzetinə istinadən məlumat verir.
İngiltərənin keçmiş kapitanı müxtəlif sahələrdə bir neçə böyük qlobal brendin reklam kampaniyalarının siması olduğu üçün 2026-cı il dünya çempionatı zamanı reklam sayəsində 19 milyon funt sterlinq daha varlı olacaq.
DÇ-2026 ABŞ, Meksika və Kanadada keçirilir. Turnir 11 iyunda başlayıb və 19 iyulda başa çatacaq. Argentina hazırkı dünya çempionudur.
