MLS futbol klubu “Çikaqo Fayr” “Barselona”nın keçmiş hücumçusu Robert Levandovski ilə müqavilə imzaladığını elan edib.
İdman.Biz xəbər verir ki, Levandovski 2022-26 cı illərdə “Barselona”da oynayıb.
“Qlobal futbol ikonası və Polşanın bütün zamanların ən çox qol vuran oyunçusu Robert Levandovski ilə aktiv oyunçu kimi müqavilə imzaladıq”, - klubun mətbuat xidməti sosial media səhifəsindəki açıqlamada bildirib.
Levandovski 2022-ci ilin yayından bəri “Barselona”da oynayır. Ötən mövsüm hücumçu bütün yarışlarda 46 oyunda meydana çıxıb, 19 qol vurub və dörd məhsuldar ötürmə edib. Onun kataloniyalılarla müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.
Hazırda “Çikaqo Fayr” MLS Şərq Konfransının turnir cədvəlində üçüncü yerdədir.
