Xavi “Barselona”nın 8-ci uğursuz baş məşqçisi olub

Xəbərlər
15 Yanvar 2024 10:57
161
Xavi “Barselona”nın 8-ci uğursuz baş məşqçisi olub

“Barselona” baş məşqçisi Xavinin rəhbərliyi altında ikinci dəfə “Real”dan 4 qol buraxıb.

İdman.biz xəbər verir ki, Madrid klubu Superkubokun finalında kataloniyalıları 4:1 hesabı ilə məğlub edib.

Xavinin yetirmələri bu il aprelin 5-də İspaniya kubokunda da “Real”dan 4 top buraxıb. Həmin görüşdə “Kral klubu” 4:0 hesablı qələbə qazanıb.

Xavi “Barselona”nın tarixinə “Real”la ən azı 2 görüşdə 4 və ya daha çox top buraxan 8-ci baş məşqçi kimi düşüb. Sonuncu belə uğursuz Frank Raykard olub. Niderlandlının yetirmələri 2005-ci ildə 2:4, üç il sonra 1:4 hesabı ilə uduzub.

Qeyd edək ki, Xavi 2021-ci ilin noyabrından “Barselona”nı çalışdırır.

İdman.biz

Məqalədə: