Argentinalı məşqçi Marselo Qalyardo Uruqvay milli komandasını idarə edə bilər.
İdman.Biz bu barədə Radio Mitre-yə istinadən məlumat verir.
Uruqvay millisi daha əvvəllər 2026-cı il dünya çempionatından kənarlaşdırılıb və Marselo Byelsanın baş məşqçi vəzifəsindən istefa verəcəyi gözlənilir. Qalyardo bu vəzifəyə ən çox ehtimal olunan namizəd olduğu bildirilir.
Uruqvay üç oyundan iki xal qazanaraq H qrupunda üçüncü yeri tutub. İspaniya qrupda yeddi xalla qalib gəlib. Kabo-Verde üç xalla ikinci yeri tutub. Səudiyyə Ərəbistanı isə dördüncü yeri tutub.
