DÇ-2026-nın pley-off cədvəli bəlli oldu: Messi sensasiya ilə üz-üzə - SİYAHI

28 İyun 2026 09:51
70
DÇ-2026-nın pley-off cədvəli bəlli oldu: Messi sensasiya ilə üz-üzə - SİYAHI

Futbol üzrə 2026-cı il dünya çempionatının qrup mərhələsi başa çatdıqdan sonra pley-offun bütün iştirakçıları və turnir cədvəli müəyyənləşib.

İdman.Biz xəbər verir ki, artıq 1/16 final mərhələsində azarkeşləri bir sıra maraqlı qarşılaşmalar gözləyir. Bir çox favorit isə yoluna heç də asan rəqiblərlə davam etməyəcək.

Son dünya çempionu Argentina pley-offa debütant Kabo-Verde ilə oyunla başlayacaq. Lionel Skaloni komandası qalib gələrsə, 1/8 finalda Avstraliya - Misir cütünün qalibi ilə qarşılaşacaq.

1/16 finalın ən maraqlı oyunlarından biri İspaniya - Avstriya qarşılaşması olacaq. Avstriyalılar son turda 96-cı dəqiqədə vurduqları qolla pley-offa yüksəliblər. İndi isə onları turnirin əsas favoritlərindən biri ilə duel gözləyir. Bu cütün qalibini isə növbəti mərhələdə Portuqaliya - Xorvatiya oyununun qalibi gözləyəcək.

Turnir cədvəlinin digər hissəsində də diqqətçəkən qarşılaşmalar var. Almaniya Paraqvay, Fransa isə İsveçlə üz-üzə gələcək. Bu komandalar qalib gəlsələr, artıq 1/4 final uğrunda bir-birinə rəqib olacaqlar.

Cənubi Amerika təmsilçisi Kolumbiya isə pley-offa Qana ilə oyunla başlayacaq. Bu cütün qalibi növbəti mərhələdə İsveçrə - Əlcəzair duelinin qalibi ilə qarşılaşacaq.

Turnir cədvəlinin ən balanslı hissələrindən biri isə ABŞ - Bosniya və Herseqovina və Belçika - Seneqal cütləridir. Bu komandaların qalibləri 1/8 finalda üz-üzə gələrək dörddəbir finala vəsiqə uğrunda mübarizə aparacaqlar.

1/16 finalın bütün cütləri:

CAR - Kanada
Braziliya - Yaponiya
Almaniya - Paraqvay
Niderland - Mərakeş
Kot-d'İvuar - Norveç
Fransa - İsveç
Meksika - Ekvador
İngiltərə - DR Konqo
Belçika - Seneqal
ABŞ - Bosniya və Herseqovina
İspaniya - Avstriya
Portuqaliya - Xorvatiya
İsveçrə - Əlcəzair
Avstraliya - Misir
Argentina - Kabo-Verde
Kolumbiya - Qana

İdman.Biz