Kolumbiya millisinin baş məşqçisi Nestor Lorenso 2026-cı il dünya çempionatında Portuqaliya ilə qarşıdakı oyun barədə danışıb.
İdman.Biz bildirir ki, oyun 28 iyunda Bakı vaxtı ilə saat 03:30-da keçiriləcək.
“Bilirik ki, Portuqaliyanın əla komandası və əla məşqçisi var, ona görə də heç nəyi şansa buraxa bilmərik. Onlar yaxşı koordinasiya olunmuş komandadır və düşünürəm ki, bizi böyük oyun gözləyir. Fərqli xüsusiyyətlərə malik rəqiblə qarşılaşmağımıza baxmayaraq, öz stilimizə sadiq qalmaq və oyun modelimizi qorumaq niyyətindəyik. Portuqaliya orta blokdan istifadə edir, topa sahib olmağa yönəlib və hücumları başa çatdırmaq üçün topu necə irəli aparmağı bilir. Onlar çox yaxşı təşkilatlanıblar, güclü məşqçilər heyəti var və bütün heyət elit oyunçularla doludur” – Lorenso deyib.
