“Çelsi” “Komo”nun Çaloba üçün təklifini rədd edib

28 İyun 2026 01:17
78
“Çelsi” “Komo”nun Çaloba üçün təklifini rədd edib

“Çelsi” mərkəz müdafiəçisi Trevo Çaloba üçün “Komo”nun təklifini rədd edib.

İdman.Biz bu barədə Fabrizio Romanoya istinadən bildirir.

Mənbənin məlumatına görə, londonlular İtaliya klubuna bildiriblər ki, 25 milyon avroluq təklif oyunçu üçün kifayət qədər əhəmiyyətli deyil. “Göylər” oyunçu ilə bir çox komandanın, o cümlədən “İnter”in maraqlandığından xəbərdardır.

Trevo Çaloba ötən mövsüm 47 oyunda üç qol vurub. Transfermarkt-ın məlumatına görə, onun hazırkı bazar dəyəri 40 milyon avrodur. Müdafiəçi hazırda 2026-cı il Dünya Kubokunda iştirak edən İngiltərə milli komandasındadır.

İdman.Biz