İspaniyanın “Barselona” futbol klubu 2026/2027 mövsümündə geyinəcəyi üçüncü oyun formasını təqdim edib.
İdman.Biz xəbər verir ki, klubun rəsmi saytında yayımlanan məlumatda yeni dəstin dizaynının 1990-cı illərin ortalarından ilham aldığı bildirilib.
Formada “buzlu yaşıl” və “kaktus tozu” rəngləri üstünlük təşkil edir. Bu rənglər formanı yan hissələrində yerləşdirilib və ziqzaqvari xəttlə bir-birindən ayrılır. Mərkəzdə “Spotify”, sağ yuxarı hissədə “Nike”, arxa tərəfdə isə “Barsa Foundation” loqoları yer alıb.
Kişilərdən ibarət komandanın formasının qollarında “Midea”, qadın komandasının dəstində isə “BIMBO” loqosu yerləşdirilib.
