Xorvatiya - Qana matçı başa çatıb.
İdman.Biz bildirir ki, matç Avropa komandasının 2:1 hesablı qələbəsi ilə bitib. Beləliklə, 6 xal toplayan Xorvatiya L qrupunda ikinci yeri tutaraq pley-offa vəsiqə qazanıb. Xorvatlar 1/16 finalda K qrupunda ikinci yeri tutan komanda ilə qarşılaşacaqlar.
4 xal toplamış Qana da üçüncü yeri tutaraq 1/16 finala yüksəlib.
02:45
Xorvatiya - Qana matçında hesab dəyişib.
İdman.Biz bildirir ki, 83-cü dəqiqədə Nikola Vlaşiç xorvatları yenidən irəli çıxarıb.
02:40
Xorvatiya - Qana matçında hesab bərabərləşib.
İdman.Biz bildirir ki, 73-cü dəqiqədə dəqiqədə Derrik Lükassen hesabı bərabərləşdirib.
02:07
Xorvatiya - Qana matçında ikinci hissə start götürüb.
İlk hissədən sonra xorvatlar 1:0 hesabı ilə irəlidədirlər.
01:52
Xorvatiya - Qana matçında ilk yarı bitib.
İlk hissədən sonra xorvatlar 1:0 hesabı ilə irəlidədirlər.
01:34
Xorvatiya - Qana matçında hesab açılıb.
İdman.Biz bildirir ki, 32-ci dəqiqədə Petar Suçiç xorvatları irəli çıxarıb.
01:00
Futbol üzrə dünya çempionatının L qrupunda 3-cü turun oyunları keçirilir.
İdman.Biz bildirir ki, Xorvatiya Qana ilə qarşılaşır.
Matç Filadelfiyadakı “Lincoln Financial Field” stadionunda keçirilir. Baş hakim kanadalı Dryu Fişerdir.
İki turdan sonra Qananın 4, Xorvatiyanın isə 3 xalı var
