DÇ-2026: İngiltərə Panamaya qalib gələrək qrupu lider kimi bitirir - YENİLƏNİB + VİDEO

28 İyun 2026 02:57
721
DÇ-2026: İngiltərə Panamaya qalib gələrək qrupu lider kimi bitirir

İngiltərə - Panama matçı başa çatıb.

İdman.Biz bildirir ki, İngiltərə 2:0 hesabı ilə bitirib. Bununla da ingilislər 7 xalla L qrupunu lider kimi bitiriblər. İngiltərə pley-offda I/J/K qruplarından birində üçüncü yer tutan milli ilə oynayacaq.

Panama bir xal belə toplaya bilməyib və qrup sonuncusu olub.

02:27

İngiltərə - Panama matçında hesab dəyişib.

İdman.Biz bildirir ki, 67-ci dəqiqədə Harri Keyln ingilislərin ikinci qolunu vurub.

02:22

İngiltərə - Panama matçında hesab açılıb.

İdman.Biz bildirir ki, 62-ci dəqiqədə Cud Belllingem ingilisləri irəli çıxarıb.

02:04

İngiltərə - Panama matçında ikinci yarı başlayıb.

İdman.Biz bildirir ki, ilk hissədən sonra oyunda qol vurulmayıb.

01:51

İngiltərə - Panama matçında ilk yarı bitib.

İdman.Biz bildirir ki, ilk hissədən sonra oyunda qol vurulmayıb.

01:01

Futbol üzrə dünya çempionatının L qrupunda 3-cü turun oyunları keçirilir.

İdman.Biz bildirir ki, qrup lideri İngiltərə Panama ilə qarşılaşır.

Matç İst-Raterforddakı “Metlife” stadionunda keçirilir. Baş hakim qətərli Ədürrəhman Əl Cassimdir.

İki turdan sonra İngiltərənin 4, Xorvatiyanın isə 0 xalı var.

İdman.Biz