Karluş Keyruş: “İşimiz azarkeşləri xoşbəxt etməkdir”

27 İyun 2026 19:34
84
Karluş Keyruş: “İşimiz azarkeşləri xoşbəxt etməkdir”

Qana millisinin baş məşqçisi Karluş Keyruş 2026-cı il dünya çempionatında Xorvatiya millisinə qarşı keçiriləcək oyun barədə danışıb.

İdman.Biz xəbər verir ki, L qrupunun oyunu 28 iyunda keçiriləcək.

“Mənim yeganə məqsədim 90 dəqiqə ərzində qələbə uğrunda mübarizə aparmaqdır. Futbolda vacib olan budur. Sabah matçın daha çox rok-n-roll, samba və ya tanqo kimi olub-olmadığını görəcəyik, amma bir şey dəqiqdir: biz hazır olmalıyıq. Özümlə, oyunçularımla və azarkeşlər üçün gördükləri işlərlə fəxr etmək istəyirəm. Azarkeşlər xoşbəxt olanda biz də xoşbəxt oluruq. Bizim işimiz azarkeşləri xoşbəxt etməkdir”, - Keyruş deyib.

İki oyundan sonra qrupda Qananın 4, Xorvatiyanın isə 3 xalı var.

İdman.Biz