Özil Türkiyə Futbol Federasiyasının prezidenti vəzifəsinə əsas namizədlərdən biridir

26 İyun 2026 22:59
94
Özil Türkiyə Futbol Federasiyasının prezidenti vəzifəsinə əsas namizədlərdən biridir

“Real”ın və “Arsenal”ın sabiq yarımmüdafiəçisi Məsut Özil Türkiyə Futbol Federasiyasının (TFF) rəhbəri postuna əsas namizədlər sırasındadır.

İdman.Biz-in Türkiyə mediasına istinadən məlumatına görə, 37 yaşlı eks-futbolçu yaxın vaxtlarda seçkiləri baş tutacaq bu posta favoritlərdən biri hesab olunur.

Özil bundan əvvəl də bir neçə dəfə bəyan etmişdi ki, Almaniyada doğulub böyüyən türk futbolçular Almaniya millisində deyil, Türkiyə millisində oynamalıdır.

Özil 2023-cü ilin martında karyerasını bitirib. 2010-2013-cü illərdə o, “Real Madrid”də oynayıb, burada La Liqa, Kral Kuboku və İspaniya Superkubokunu qazanıb. Sonra səkkiz mövsüm (2013-cü ildən 2021-ci ilə qədər) London Arsenalında oynadı. Almaniya millisində 92 oyun keçirib və 2014-cü ilin dünya çempionu olub. DÇ-2018-dən sonra Özil millidəki karyerasını başa vurub. Karyerasını tərk etdikdən sonra Özil bütün diqqətini sahibkarlıq və e-idman sahəsində işləməyə yönəldib, eyni zamanda Meksikanın Necaxa klubunun strateji tərəfdaşıdır.

İdman.Biz