FİFA Fransa millisinə matçda matəm sarğıları taxmağı qadağan edib

26 İyun 2026 23:46
75
FİFA Fransa millisinə matçda matəm sarğıları taxmağı qadağan edib

Fransa milli komandası 2026-cı il dünya çempionatı qrup mərhələsinin üçüncü turunda Norveçlə matçda qara sarğı ilə çıxa bilməyib.

İdman.Biz-in RMC Sport-a istinadən verdiyi məlumata görə, FİFA Fransa komandasına qara qolbaq taxmağa icazə verməyib.

Oyunçular dünya çempionatı zamanı vəfat edən baş məşqçi Didye Deşamın anasını yad etməyi planlaşdırırdılar. Bu səbəbdən fransız məşqçi bugünkü matçı buraxır və dəfn mərasimində iştirak etmək üçün vətəninə gedir.

Norveç və Fransa arasında oyun hazırda Nyu-Yorkun Foksboro şəhərindəki “Gillette” stadionunda keçirilir. Hər iki komanda son oyun günündən əvvəl dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb.

İdman.Biz