“Bavariya” və Laymer 2029-cu ilə qədər müqaviləni razılaşdırıblar

27 İyun 2026 00:04
103
“Bavariya” və Laymer 2029-cu ilə qədər müqaviləni razılaşdırıblar

“Bavariya” Konrad Laymerlə müqavilənin müddətini uzadıb.

İdman.Biz-in jurnalist Florian Plettenberqə istinadən məlumatına görə, 29 yaşlı müdafiəçi Münhen klubu ilə 2029-cu ilə qədər müqavilə imzalayacaq. Rəsmi açıqlama tezliklə veriləcək.

Avstriyalı futbolçu vergilərdən əvvəlki bonuslar da daxil olmaqla ildə 10 milyon avrodan çox qazanacaq.

Laymer ötən mövsüm Bundesliqada 29 oyun keçirib, üç qol vurub və doqquz məhsuldar ötürmə edib.

İdman.Biz