Mourinyo: “Oyunçu iynədən imtina etdi, onun gözü qarşısında özümə iynə vurdurdum”

26 İyun 2026 20:42
87
Mourinyo: “Oyunçu iynədən imtina etdi, onun gözü qarşısında özümə iynə vurdurdum”

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo məşqçilik karyerasında bir oyunçunun meydana çıxmaq üçün tələb olunan tibbi iynədən imtina etməsi ilə bağlı hadisəni danışıb.

İdman.Biz xəbər verir ki, mütəxəssis oyunçunu razı salmaq üçün atdığı addımları təsvir edib.

“Oynamaq üçün kiçik bir iynə vurmaq istəməyən bir oyunçum var idi. Ayaqqabımı və corablarımı çıxardım, ayağımı düz onun qarşısına qoydum və həkimə dedim: “Mənə iynə vur”. Mənə iynə vurdular və barmağım qaydasına idi. Sonra oyunçuya dedim: “Hə, sən də edə bilərsən”. O cavab verdi: “Yox, sən dəlisən”. Bundan sonra o, mənim heyətimdə bir dənə də olsun oyun keçirmədi”, - deyə “Beast Mode On” Mourinyodan sitat gətirir.

Portuqaliyalı məşqçi 2026-cı ilin yayından bəri “Real Madrid”ə rəhbərlik edir. O, əvvəllər “Roma”, “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “İnter” və digər klublarda məşqçilik edib.

İdman.Biz